AZ

Qalatasaray Hakan Çalhanoğlu üçün yenidən təklif göndərəcək

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Türkiyə nəhənglərindən olan "Qalatasaray" "İnter"in futbolçusu Hakan Çalhanoğlu üçün 15 milyon avro ödəməyi qəbul edib.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-qırmızılar" sentyabrın 12-nə kimi futbolçunun keçidini bitirmək istəyirlər.

2027-ci ilədək "İnter"lə müqaviləsi olan Hakan Çalhanoğlu özü də "Qalatasaray"dan gələn təklifi dəyərləndirməsi üçün İtaliya klubunun rəsmiləri ilə görüşüb.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən bu yana formasını geyindiyi "İnter"də 183 oyunda 38 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
3
oxu.az

4Mənbələr