AZ

ETX: "Telegram" hücumları ilə bağlı mühüm nəticələr müəyyən olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinq zamanı "Telegram" üzərindən həyata keçirilən fişinq hücumu ilə bağlı mühüm nəticələr müəyyən edilib.

Operativ Media xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

Bildirilir ki, təhlillər nəticəsində hücumda istifadə olunan infrastrukturun sxematik təsviri hazırlanıb, IP ünvanlar və yönləndirmə zəncirləri müəyyənləşdirilib.

Həmçinin, hesabların ələ keçirilməsi prosesinə dair ətraflı məlumat əldə olunub. Nəticələrlə daha ətraflı qurumun saytında tanış olmaq mümkündür.

Seçilən
46
1
operativmedia.az

10Mənbələr