Qəhvə milyonlarla insanın səhərinin ayrılmaz hissəsidir. Lakin, həkim-kardioqoloq Anastasiya Şçerbakın fikrincə səhər qəhvəsini dərhal yuxudan sonra içmək düzgün deyil.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yuxudan sonra bədəndə kortizol səviyyəsi yüksək olur və qəhvənin təsiri zəifləyir, mədə isə qıcıqlana bilər.
Həkim tövsiyə edir ki, ilk fincan 1,5-2 saat sonra və ya səhər yeməyi və ya qəlyanaltı ilə birlikdə içilsin.
Gündə maksimum kofein dozası 400 mg, bir dəfəlik isə 200 mg-dır. Həddindən artıq kofein yuxusuzluq, əsəbilik, təzyiqin artması və mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Şçerbak vurğulayır ki, qəhvənin faydalı olması üçün balanslı qəbul edilməlidir.