AZ

Qazaxda ağır qəza - 3 nəfər yaralandı

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” ilə “Opel” markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirib.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
5
modern.az

6Mənbələr