AZ

Hökməlidə köhnə su xətlərinin yenilənməsinə 1,1 milyon manat sərf ediləcək

BAKI, 8 sentyabr. TELEQRAF

Abşeron rayonunun Hökməli qəsəbəsi, Koroğlu küçəsində ( Hökməli-Qobu yolu ) həyətyanı sahələrdən keçən istismar müddətini başa vurmuş mövcud su xətləri dəyişdiriləcək.

Teleqraf xəbər verir ki, su xətlərinin yenilənməsi üçün 1 milyon 144 min 600 manat vəsaitin xərclənməsi planlaşdırılır.

Qeyd edək ki, müvafiq işlərə “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi nəzarət edəcək.

Seçilən
21
teleqraf.com

1Mənbələr