AZ

Qətər HƏMAS-a ABŞ-nin şərtlərinin qəbulu üçün təzyiq edir

BAKI, 9 sentyabr. TELEQRAF

Sentyabrın 8-də Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Fələstinin HƏMAS hərəkatının liderləri ilə görüşü zamanı ABŞ-nin Qəzza zolağında münaqişənin həlli ilə bağlı son təklifinin qəbulunu israr edib.

Teleqtaf xəbər verir ki, bu barədə “Reuters” agentliyinə adı açıqlanmayan Qətər rəsmisi məlumat verib .

"Qətərin baş naziri israr etdi ki, HƏMAS Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı ABŞ-nin son təklifinə müsbət cavab versin", - agentliyin mənbəsi bildirib.

Sentyabrın 7-də ABŞ prezidenti Donald Tramp HƏMAS-dan Qəzza zolağında münaqişənin həlli ilə bağlı şərtlərinin qəbulunu tələb edib.

HƏMAS şərtləri müzakirə etmək üçün danışıqlar masasına qayıtmağa hazır olduqlarını təsdiqləyib.

Seçilən
33
50
teleqraf.com

10Mənbələr