AZ

Konservlərin ən təhlükəli NÖVÜ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ev şəraitində hazırlanmış konservlərin bəzi növləri təhlükəli ola və onlardan istifadə ağır zəhərlənmələrə gətirib çıxara bilər".
Oxu.Az-ın "İzvestiya" nəşrinə istinadən verdiyi xəbərə görə, bunu biologiya elmləri namizədi Yuliya Markova deyib.
O, uzunmüddətli saxlama üçün ət, quş və balıq məhsullarından konservlər hazırlamağı məsləhət görməyib:
"Bu məhsulları mikroorqanizmlərdən, o cümlədən təhlükəli klostridiya yığınlarından yumaq çətindir".
Markovanın sözlərinə görə, evdə hazırlanmış konservlərdən zəhərlənmə botulizm səbəbi ilə ölümlə nəticələnə bilər.
Bioloq izah edib ki, patogen yığınlarını məhv etməyin yeganə effektiv yolu onları +120 dərəcədən yuxarı temperaturda və yüksək təzyiqdə emal etməkdir ki, bu da ancaq sənaye avtoklavlarında mümkündür.
Seçilən
48
2
oxu.az

10Mənbələr