GƏNCƏ, 9 sentyabr. TELEQRAF
Bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, ilk avtobus reysi Gəncə Beynalxalq Avtovağzalından yola düşüb.
Sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan- Ağdərə istiqamətindən hərəkət edəcək. Reys hər gün 08:30-dan Gəncə şəhərindən Kəlbəcərə gedəcək.