AZ

Ayağını yolboyu pəncərədən çıxaran sürücü təhlükə saçdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Oxu.Az xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Toyota Prius" markalı, 77-KJ-289 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolboyu bir ayağını pəncərədən çıxararaq maşını bu vəziyyətdə idarə edib. Bu cür məsuliyyətsizlik və qaydaların kobud şəkildə pozulması isə sürücünün öz həyatı ilə yanaşı, arxadan gələn digər hərəkət iştirakçıları üçün də böyük təhlükə yarada bilər", - deyə saytımıza daxil olan şikayətdə bildirilib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Əzizə İsmayılova
Seçilən
74
13
oxu.az

10Mənbələr