AZ

10 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib - SİYAHI, ADLAR

AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Gəncə-Qazax, Qurbanzadə kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Qaramusalı kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir) - Gəncə (Avtovağzal), Yalqışlaq kəndi (Göygöl) - Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl) - Gəncə (Avtovağzal), Ağlavaşlı kəndi (Şəmkir) - Gəncə (Dəmiryolu vağzalı), Ziyadlı kəndi (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Qaradağlı kəndi (Goranboy) - Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux) -  Gəncə (Dəmiryolu vağzalı) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə Marja AYNA-ya istinadən xəbər verir.

Qalib şəxslər aşağıdakılardı:

Gəncə-Qazax marşrutları üzrə fiziki şəxslər Kərimov Nəbi Elbəyi oğlu və Əhmədov Elçin İsmit oğlu;

Qurbanzadə kəndi (Goranboy) – Gəncə (Avtovağzal) və Yalqışlaq kəndi (Göygöl) – Gəncə (Bağbanlar küçəsi) marşrutları üzrə hüquqi şəxs "Simurq Kompani" MMC;

Qaramusalı kəndi (Goranboy) – Gəncə (Avtovağzal) və Hacıalı kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi şəxs "Kamil Avtonəqliyyat" MMC;

Qapanlı kəndi (Şəmkir) – Gəncə (Avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Fazil-20" MMC;

Qırıqlı kəndi (Göygöl) – Gəncə (Avtovağzal) və Ağlavaşlı kəndi (Şəmkir) – Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi şəxs "Danyarlı" şirkəti;

Ziyadlı kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutu üzrə hüquqi şəxs "Nəqliyyat 1" MMC; 

Qaradağlı kəndi (Goranboy) – Gəncə (Avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Mələyim" MMC qalib elan olunublar.

AYNA sərnişindaşıma avtobus marşrutları müsabiqə qaliblər Gəncə Qazax Goranboy Şəmkir Göygöl Samux fiziki şəxslər hüquqi şəxslər Simurq Kompani MMC Kamil Avtonəqliyyat MMC Fazil-20 MMC Danyarlı Nəqliyyat 1 MMC Mələyim MMC marşrutların təhkimi sərnişindaşıma xidməti keyfiyyət təhlükəsizlik rahatlıq şəffaflıq Avtomobil nəqliyyatı haqqında Qanun Nazirlər Kabineti müntəzəm daşımalar rayonlararası daşımalar
Seçilən
28
10
marja.az

10Mənbələr