
Polşa sentyabrın 12-nə keçən gecə Belarusla sərhədini tamamilə bağlayacaq.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Donald Task məlumat yayıb.
O iddia edir ki, buna sentyabrın 12-dən 16-dək Belarus ərazisində baş tutacaq Rusiya-Belarus hərbi “Qərb-2025” təlimləri səbəb olub.
Baş nazir sərhədin nə vaxt açılmasının nəzərdə tutulduğunu dəqiqləşdirməyib.