AZ

Türkiyə lideri Ərdoğan AÇIQLAMA

Ajans.az Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Dohaya hücumlarına münasibət bildirərkən deyib. "Beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması olan bu hücum həm də qardaş ölkəmiz Qətərin təhlükəsizliyini və sülhünü hədəfə alıb. Mən bu hücumu qınayıram", – deyə Ərdoğan bildirib. O əlavə edib ki, "Türkiyə bütün imkanları ilə fələstinli qardaşlarının və Qətər dövlətinin yanındadır. Terrorizmi dövlət siyasəti halına gətirənlər heç vaxt hədəflərinə çata bilməyəcəklər”.

Prezidentin sözlərinə görə, İsrailin HƏMAS-ın danışıqlar heyətinə hücumu Netanyahu hökumətinin qarşıdurmanı və qeyri-sabitliyi daha da dərinləşdirmə niyyətini ortaya qoyur.

Seçilən
79
50
Ajans.az

10Mənbələr