Bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb.
Senzor.az bildirir ki, bu istiqamətdə ilk avtobus Gəncə Beynəlxalq Avtovağzalından artıq yola düşüb.
Sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan-Ağdərə istiqamətindən hərəkət edərək Kəlbəcərə çatacaq.
Qeyd edək ki, bu reys üzrə avtobus hər gün saat 08:30-da Gəncədən Kəlbəcərə doğru hərəkət edəcək.