AZ

"iOS 26"nın istifadəyə veriləcəyi tarix

"iOS 26", "iPadOS 26", "watchOS 26" və "macOS 26" əməliyyat sistemləri sentyabrın 15-dən etibarən istifadəçilərə təqdim olunacaq. Bu barədə "Apple" şirkəti rəsmi olaraq elan edib. Yenilənmələrin çıxış tarixi yeni "iPhone", "Apple Watch" və "AirPods Pro"nun təqdimatı ilə eyni gündə açıqlanıb.

Yeni dizayn ilk dəfə bu il iyunun 9-da göstərilib. Əsas vizual dəyişiklik "Liquid Glass" effektidir ki, bunun sayəsində interfeys şəffaf elementlərlə zənginləşdirilib. Yenilənmiş dizayn kodu ikonlardan tutmuş düymələrə, panellərə, bildirişlərə, sürüşdürmə çubuqlarına, axtarış və ünvan sətirlərinə qədər sistemin bir çox hissəsinə tətbiq olunub.

XQ

Seçilən
29
2
xalqqazeti.az

3Mənbələr