AZ

Tovuzda iki avtomobil körpüdən aşıb, xəsarət alanlar var

Tovuzda iki avtomobil körpüdən aşıb, xəsarət alanlar var.

"Report"un məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

"Toyota Prius" və "Opel" markalı avtomobillər toqquşub, daha sonra aşıb.

Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif xəsarətlər alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
5
anews.az

10Mənbələr