AZ

Sıkorskidən Orbana sərt etiraz: Xeyr, Viktor...

Rusiya dronlarının Polşaya hücumundan sonra Macarıstanın baş naziri Viktor Orban Polşa ilə həmrəy olduğunu bildirib. Musavat.com xəbər verir ki, o, Polşanın ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyini vurğulayıb. Buna cavab olaraq Polşanın xarici işlər naziri Radoslav Sikorski Orbana açıq eyhamla bildirib ki, Macarıstan neytral mövqe tutmağı dayandırmalıdır.

Orban X hesabında yazıb: "Macarıstan son dron insidentindən sonra Polşa ilə tam həmrəydir. Polşanın ərazi bütövlüyünün pozulması qəbuledilməzdir".

O, həmçinin qeyd edib ki, bu hadisə “Rusiya və Ukrayna arasında müharibədə sülhə çağırış siyasətinin ağlabatan və rasional olduğunu” sübut edir. “Risk və təhlükələrə” son qoymağın vaxtıdır. Macarıstanın baş naziri əlavə edib ki, məhz bu məqsədlə ABŞ prezidenti Donald Trampın “sülhə nail olmağa yönəlmiş” səylərini dəstəkləyir.

Orbana cavab verən Sikorski vurğulayıb ki, Rusiya pilotsuz təyyarələri ilə bağlı insident Macarıstanın ilk növbədə neytral mövqe tutmağı dayandırması deməkdir: "Xeyr, Viktor. Bu hadisə sübut edir ki, siz neytral mövqe tutmağı dayandırmalı və Rusiyanın təcavüzünü pisləməlisiniz. Sizdən xahiş edirik ki, Aİ-nin müdafiə fondlarını blokdan çıxarın, təcavüzkara qarşı daha sərt sanksiyalar tətbiq edin və Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlamasına vetonuzu geri götürün".

 

Musavat.com

Seçilən
71
11
musavat.com

10Mənbələr