Azərbaycanın “Qarabağ”, “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” klublarının dünya reytinqindəki mövqeləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.
İFFHS-in cədvəlində planetin 506 ən yaxşı komandası yer alıb. Siyahıda Azərbaycanı 4 klub təmsil edib. “Qarabağ” 154,75 xalla dünyada 96-cıdır. Ağdam klubu ötən ayla müqayisədə 38 pillə irəliləyib.
Digər klublarımızdan “Sabah” (79,25) 264-cü pillədən 302-yə geriləyib. “Araz-Naxçıvan” (70,25) 363-cü mövqedən 355-ə qalxıb. “Zirə” (68) isə 274-dən 380-ə düşüb.
Dünya reytinqinə 543 xalı olan Fransa çempionu PSJ rəhbərlik edir. İspaniyanın “Real” klubu 494 xalla ikincidir. İlk üçlüyü İngiltərənin “Çelsi” klubu qapayır – 483 xal.
Reytinq siyahısının ilk 20 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:
- PSJ (Fransa) – 543
- “Real” (Madrid, İspaniya) – 494 xal
- “Çelsi” (İngiltərə) – 483
- “İnter” (Milan, İtaliya) – 460
- “Barselona” (İspaniya) – 425
- “Bayern” (Almaniya) – 417
- “Borussiya” (Dortmund, Almaniya) – 369
- “Flamenqo” (Braziliya) – 364
- “Arsenal” (İngiltərə) – 359
- “Atletiko” (Madrid, İspaniya) – 349
- “Liverpul” (İngiltərə) – 343
- “Benfika” (Portuqaliya) – 341
- “Palmeyras” (Braziliya) – 327
- “Aston Villa” (İngiltərə) – 323
- “Botafoqo” (Braziliya) – 319
- “Yuventus” (İtaliya) – 315
- “Mançester Siti” (İngiltərə) – 314
- “Brügge” (Belçika) – 306
- “Atletik” (Bilbao, İspaniya) – 290
- “Fluminense” (Braziliya) – 282