AZ

Siyasi partiyanın maliyyə hesabatının forması qaydasına dəyişiklik edildi

"Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası"nda dəyişiklik edilib.

Sherg.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bundan sonra siyasi partiyalar maliyyə hesabatını hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan partiyalar auditor rəyi ilə birlikdə maliyyə vəziyyəti və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri barədə məlumat verməlidirlər. Maliyyə fəaliyyəti olmayan partiyalar isə yalnız mövcud qalıqların istifadəsi və maliyyə-təsərrüfat fəaliyyətində dəyişiklik olmadığına dair arayış təqdim etməlidir.

Həmçinin, yeni qaydaya əsasən, maliyyə hesabatı partiyanın rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və siyasi partiyanın möhürü ilə təsdiq edilməlidir.
Seçilən
36
7
sherg.az

10Mənbələr