AZ

“Sertifikasiya imtahanında fərqli bal toplayanlarda maaş artımı eyni olmamalıdır”

Sertifikasiya imtahanında fərqli bal toplayanlarda maaş artımı eyni olmamalıdır.

Tribunainfo.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyev Elm və təhsil komitəsinin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, sertifikasiya imtahanından keçən müəllimlərin maaşlarında düzgün proporsional artım nəzərdə tutulmayıb:

“Milli Məclisə bununla bağlı çoxsaylı müraciətlər edilir. Məsələn, 31 bal yığan müəllimlə 50 bal yığan müəllim eyni artımı – cəmi 10 faizi ala bilir”.

Şöbə müdiri qeyd edib ki, sertifikasiya imtahanından keçəndən sonra müəllimlərin motivasiyası, stimullaşdırılması ilə bağlı əməkhaqqına artımlar nəzərdə tutulub: “Bu, bilavasitə qanunla tənzimlənmir. Amma Elm və təhsil komitəsi Nazirlik qarşısında bu məsələni qaldırmalıdır ki, müraciətlər də səngisin. Ən azından proporsional artım olsun. Məsələn, 31-40 bal aralığında bal toplayan müəllimlər 10%, 41-50 aralığında bal toplayanlara isə 20-25% əməkhaqqına artım olsun. Bununla bağlı bizə çoxlu müraciətlər, şikayətlər daxil olur. Təklif edirəm ki, 41-50 bal arası toplayan müəllimlərin maaş artımı 20-25 faiz olsun”.

Seçilən
20
8
tribunainfo.az

10Mənbələr