AZ

Nazir: Müəllimlər sinif otaqlarının təmirinə məcbur edilə bilməz

Məktəblərdə müəllimlər sinif otaqlarının təmirinə məcbur edilə bilməz. 

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə "Report"un sualını cavablandırarkən deyib.

O bildirib ki, bu tələb qanunsuzdur, ancaq müəllim sinif otağını könüllü təmir etmək istədikdə mümkün ola bilər:

"Məcburiyyət olarsa, həmin müəllimlər nazirliyə rəsmi şikayət yazır. Nazirliyin əməkdaşı direktorla söhbət aparır. Direktor isə səhv anlaşılma iddiası ilə çıxış edir. Arada konflikt yaranır. Amma məsələ birmənalı olaraq qanunsuzdur".

Seçilən
25
2
qaziler.az

5Mənbələr