AZ

Baş prokuror Kamran Əliyev BPA-nın 30-cu illik konfransı və ümumi yığıncağında iştirak edib

Bakı. Trend:

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi geniştərkiblinümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA)30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədiləSinqapurda işgüzar səfərdə olub.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə Baş prokurora ötən il Bakıda BaşProkurorluğun təşkilatçılığı ilə yüksək səviyyədə keçirilmişAssosiasiyanın 29-cu Ümumi Yığıncağının uğurlu təşkilinə görətəltifnamə təqdim olunub. Bununla əlaqədar çıxış edən Baş prokurorqeyd edib ki, bu mükafat ölkəmizin beynəlxalq aləmdə artannüfuzunun bariz göstəricisi olmaqla yanaşı, AzərbaycanProkurorluğunun qlobal miqyasda səmərəli fəaliyyətinə verilənyüksək qiymətin təzahürüdür.

Konfrans zamanı, həmçinin “İqtisadi cinayətlər və aktivlərinbərpası üzrə ixtisaslaşmış şəbəkə” adlı sessiya təşkil olunmuşdur.Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininidarə rəisi İsfəndiyar Hacıyevin moderatorluğu ilə keçirilənsessiyada Azərbaycan Respublikasının Baş prokurorunun müaviniHeydər Məmmədov “İqtisadi cinayətlərin araşdırılmasında vəaktivlərin qaytarılmasında texnologiya əsaslı yanaşmalar –Azərbaycan təcrübəsi” mövzusunda çıxış edərək, ölkəmizdə maliyyəcinayətlərinin istintaqı, aktivlərin qaytarılması, süni intellektvə müasir texnologiyaların tətbiqi sahəsində əldə edilmiş təcrübəbarədə iştirakçıları məlumatlandırıb.

Tədbir çərçivəsində Baş prokuror Böyük Britaniyanın KralProkurorluğu Xidmətinin rəhbəri, Səudiyyə Ərəbistanı Krallığı,İsveç Krallığı və Litva Respublikasının Baş prokurorları, eləcə dəMalayziya və Braziliya Federativ Respublikasının Başprokurorlarının müavinləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti vəinkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.Xüsusilə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təcrübəvə informasiya mübadiləsinin genişləndirilməsi məsələləri diqqətmərkəzində olub, tərəflər beynəlxalq cinayətkarlığa qarşımübarizədə qarşılıqlı etimada əsaslanan birgə fəaliyyətlərinəhəmiyyətini vurğulayaraq, əməkdaşlıq haqqında Memorandumunimzalanması imkanlarını da müzakirə ediblər.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran bəzi konket cinayətişlərinin istintaqı ilə bağlı məsələlər ətrafında da fikirmübadiləsi baş tutub.

Tədbirdə, həmçinin, ölkəmizin İndoneziya Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev də iştirak edib.

Seçilən
35
16
az.trend.az

10Mənbələr