Latviya hökuməti Rusiya və Belarus sərhədində hava məkanını tam bağlamaq qərarına gəlib.
Editor.az xəbər verir ki, bu barədə tele-radio stansiyası LSM məlumat yayıb.
Latviya Müdafiə Nazirliyinin rəhbəri Andris Spruds bildirib ki, qərar 11 sentyabr tarixində, yerli vaxtla saat 18:00-da (Moskva vaxtı ilə eyni) qüvvəyə minəcək. Sərhəd üzərində bütün uçuşlar ən azı bir həftə müddətinə qadağan olunacaq.
//Samir Qurbanov, Editor.az