AZ

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə sosial tərəfdaşlığını davam etdirən "PAŞA Holding" aztəminatlı ailələrin uşaqlarını məktəbli ləvazimatları ilə təmin etməyə başlayıb.

Day.Az xəbər verir ki, şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda ünvanlı dövlət sosial yardımı alan 12 900-dən çox ailənin yeni tədris ilində 1-ci sinfə gedəcək övladlarını məktəbli ləvazimatları ilə təmin etməyi nəzərdə tutur.

Bu təşəbbüs ilk dəfə məktəb həyatına qədəm qoyan uşaqlar üçün təhsilə daha bərabər imkanlar yaratmaqla yanaşı, sosial rifahın dəstəklənməsi və aztəminatlı ailələrin üzləşdiyi maliyyə yükünün azaldılmasına yönəlib.

"PAŞA Holding" KSM tərəfindən təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Agentliyin əməkdaşları tərəfindən aztəminatlı ailələrə çatdırılır.

Layihə "PAŞA Holding"in cəmiyyətə dəyər yaratma və inklüziv inkişafı təşviq etmə prinsipinə uyğun olaraq həyata keçirilən davamlı sosial layihələr silsiləsinin bir hissəsidir.

  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
  • “PAŞA
Seçilən
29
3
day.az

6Mənbələr