AZ

Culfada 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnın yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media-nın xəbərinə görə, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, qəzada həyatı itirənlərdən 2 nəfər polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
49
35
operativmedia.az

10Mənbələr