AZ

Lənkəranda saxlanılan narkokuryerdən 13 kq marixuana aşkarlanıb

Bakı. Trend:

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindənnarkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatkeçirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumatagörə, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum edilmiş RuslanRamazanlı saxlanılıb.

Ondan sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacirvasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb.Araşdırmalarla R.Ramazanlının narkokuryerliyə cəlb edildiyi vəmarixuananı maddi qazanc qarşılığında deyiləcək ünvanlaraçatdırmağa razılaşdığı müəyyən edilib.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkantədbiri seçilib, araşdırmalar davam etdirilir.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ayərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotikvasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 20 fakt aşkarlanıb.

Seçilən
39
21
az.trend.az

10Mənbələr