Bakı, 12 sentyabr, AZƏRTAC
Qadın voleybolçulardan ibarət “Abşeron” komandasının yeni baş məşqçisi məlum olub.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Haluk Korkmaz gətirilib. Türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Onun köməkçisi bolqarıstanlı Blaqovest Todorov olacaq.
H. Korkmaz son olaraq ölkəsində “Nilüfer Belediyespor”da işləyib.