AZ

ABŞ-dan 8 ölkə ilə bağlı vətəndaşlarına XƏBƏRDARLIQ – FOTO

ABŞ səyahətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, ABŞ-ın Azərbaycandakı Səfirliyi bununla bağlı rəsmi hesabında paylaşım edib.

Bildirilib ki, son zamanlar bəzi ölkələrdə amerikalıların qeyri-qanuni həbsləri riski yüksək hal alıb:

“Siyahıya daxil edilən ölkələr bunlardır: Əfqanıstan, Eritreya, Nikaraqua, Rusiya, Myanma, İran, Şimali Koreya və Venesuela. ABŞ vətəndaşları səyahət etməzdən əvvəl travel.state.gov saytında yerləşdirilən səyahət tövsiyələrini nəzərdən keçirməli və onlara əməl etməlidir. Xəbərdarlığın məqsədi ABŞ vətəndaşlarını mümkün risklər barədə öncədən məlumatlandırmaqdır”.


Bizim.Media

Seçilən
16
4
bizim.media

5Mənbələr