Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan tərəfini “3+3” formatında növbəti görüşün təşkilində praktik addımlar atmağa çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Zaxarova bildirib:
“Biz Azərbaycan və Ermənistan həmkarlarından növbəti xarici işlər nazirlərinin görüşünün yeri və vaxtının tez bir zamanda razılaşdırılması üçün praktik addımlar gözləyirik".
Qeyd edək ki, “3+3” platforması regiondakı tərəfdaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, İran və Gürcüstanı əhatə edir.
Musavat.com