AZ

“O, artıq saxlanılıb” - Tramp açıqladı - Yenilənib

ABŞ Prezidenti Donald Tramp amerikalı siyasətçi Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. 

Hurriyyet.az xəbər verir ki, Tramp bu barədə “Fox News”a müsahibəsində danışıb. 

Onun sözlərinə görə, həmin şəxsi yaxın tanışı ələ verib.

Tramp Kirkin qatilinin ölüm cəzası alacağına ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk dünən Yuta Universitetində çıxışı zamanı güllələnib. Snayperlə boynundan güllələnən Kirk xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinin yaxınlığında meşəlik ərazidə tüfəng aşkarlanmışdı və silahın atışmada istifadə edildiyi ehtimal edilirdi.

***

“CNN” telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata görə, hadisəni törədən şəxs əməlini öz atasına etiraf edib. 

Seçilən
30
2
hurriyyet.az

5Mənbələr