AZ

Ölkə tarixinin ən böyük silah alımı baş tutacaq - 9 milyard dollar ayrılır

Danimarka 58 milyard krona (9,11 milyard ABŞ dolları) Avropa istehsalı olan hava hücumundan müdafiə sistemləri alacaq.

Publika.az xəbər verir ki, bu barədə müdafiə naziri Troels Lund Poulsen bildirib.

O, təhlükəsizlik sahəsində mürəkkəb vəziyyətə istinad edərək bəyan edib ki, bu, ölkə tarixində ən böyük silah alışı olacaq. Danimarka uzaqmənzilli SAMP/T platforması və orta mənzilli sistemlər də daxil olmaqla səkkiz sistem alacaq.

“Rusiyanın bir neçə pilotsuz uçuş aparatı ilə Polşanın hava məkanını pozduğunun şahidi olduq. Bu, hər birimiz üçün döyüş qabiliyyətimizi gücləndirməyin vacibliyini xatırladır”, - deyə nazir qeyd edib.

Seçilən
65
3
publika.az

10Mənbələr