AZ

Rusiya PUA ları Rumınya ərazilərinə keçdi

ain.az, Azpost saytına istinadən bildirir.

Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanında Rusiyaya məxsus PUA-ları ələ keçirib.

AzPost bildirir ki, bu barədə CNN rumıniya telekanalı Anten 3-ə istinadən məlumat yayıb.

Bildirilir ki,

Rusiyanın Dunayda Ukrayna infrastrukturuna endirdiyi zərbələrlə əlaqədar sərhəddə hava məkanında vəziyyəti izləmək üçün Feteştidəki 86-cı aviabazadan iki F-16 döyüş təyyarəsi havaya qalxıb.

Ukrayna prezidenti Zelenski açıqlamasında bildirib ki, Rusiya PUA-ları Rumıniya ərazisinə təxminən 10 kilometr məsafədən daxil olub və təxminən 50 dəqiqə NATO ölkəsinin hava məkanında olub.

“Rusiya hərbçiləri pilotsuz təyyarələrinin hara yönəldiyini, havada nə qədər vaxt keçirə biləcəklərini dəqiq anlayır. Marşrutlar həmişə hesablanır. Bu, qəza, səhv və ya bəzi aşağı səviyyəli komandirlərin müstəqil hərəkətləri ola bilməz. Bu, Rusiyanın açıq-aşkar müharibəni genişləndirməsidi” – Zelenski deyib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
5
azpost.info

10Mənbələr