AZ

Türk Dünyasının sığortaçıları Şuşada bir araya gəldi FOTO

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası bu gün Azərbaycanın Şuşa şəhərində öz işinə başlayıb.Bizim.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə baş tutan assambleya Türk dünyası sığortaçılarını ilk dəfə geniş tərkibdə bir araya gətirir.Assambleyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının maliyyə requlyatorları və sığorta assosiasiyaları iştirak edirlər.

 

Assambleya "Türk dünyası sığorta sənayesində requlyativ yanaşmalar" və "Türk Dünyası Sığorta Birliyi: qarşıda duran hədəflər və perspektivlər" adlı 2 panel üzrə müzakirələr təşkil olunacaq.

Assambleya çərçivəsində, həmçinin türk dövlətlərinin sığortaçıları arasında birgə sənədin imzalanması da nəzərdə tutulub.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
11
bizim.media

10Mənbələr