AZ

Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - Vardanyan

Azərbaycanın sülh prosesi çərçivəsində Ermənistanın qarşısına qoyduğu tələblər bir-bir yerinə yetirilir.
BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Kristina Vardanyan deyib. Deputat Azərbaycanla yanaşı, Türkiyənin də münasibətlərin normallaşması üçün bir sıra tələblərinin olduğunu qeyd edib: Vardanyan bu tələbləri aşağıdakı kimi sırlayıb: - Azərbaycan Konstitusiyanın dəyişdirilməsini tələb etmişdi, artıq proses başlayıb. - Türkiyə “erməni soyqırımı” məsələsinin beynəlxalq səviyyədə qaldırılmamasını tələb edib. İrəvan bunu bir kənara atıb. - Türkiyə Ağrı dağı ilə bağlı addımların atılmasını tələb edib, artıq bununla bağlı kampaniya başlayıb. Ağrı ilə bağlı simvollar mümkün yerlərdən yığışdırılır. - Azərbaycan ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edib. Bu məsələ də həllini tapıb. - Azərbaycan sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsini tələb edib. Məsələ razılaşdırılıb.

- Azərbaycan Ermənistan ordusunun ixtisar edilməsini də tələb edib, həyata keçirilir.

Seçilən
9
6
buta.tv

7Mənbələr