AZ

Kəlbəcərdə 33 ildən sonra "İlk zəng"çalındı

Kəlbəcər şəhərində ərazilərimiz azad ediləndən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb.

Redaktor.az xəbər verir ki, bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib.

33 ildən sonra Kəlbəcərdə "İlk zəng" çalınıb, dərslər başlayıb.

Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin inşası davam edir. Kompleksdə ümumtəhsil orta məktəb, 80 yerlik uşaq bağçası, 7 peşə təhsili üçün emalatxana və 70 yerlik yataqxana nəzərdə tutulub.

Təhsil kompleksinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Məktəbdə Bilik Günü münasibətilə təşkil olunan tədbirdə qeyd edilib ki, 32 il məcburi köçkünlüyün ağır sınaqlarını yaşamış soydaşlarımız bu gün qalibiyyətin bəhrəsini görərək doğma torpaqlarında həyatın yenidən bərqərar olmasına şahidlik edirlər.

Seçilən
22
28
redaktor.az

10Mənbələr