AZ

Salahdan daha bir rekord

"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqasının 4-cü turunda "Bernli"yə qarşı oyunda penaltidən fərqlənib.

Publika.az xəbər verir ki, görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Misirli futbolçu İngiltərə çempionatlarında "qırmızılar"ın heyətində 35-ci penaltisini qolla tamamlayaraq Billi Liddellin rekordunu qırıb. Əfsanəvi futbolçunun hesabında 34 belə qol var idi.

Bu top Salahın Premyer Liqadakı ümumilikdə 188-ci qolu olub. Bununla da 33 yaşlı hücumçu turnirin tarixində bombardirlər siyahısında 4-cü pilləyə yüksəlib.

Seçilən
23
3
publika.az

5Mənbələr