AZ

Paşinyan: “Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa yol yox idi”

“Mən Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdım”.

News.am nəşrinin  xəbərinə görə, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan “Kompleks təhlükəsizlik və dayanıqlılıq – 2025” beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Başqa yol, sadəcə olaraq yox idi”, – deyə Paşinyan qeyd edib.

O bildirib ki, Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-də Vaşinqtonda imzalanmış sülh sazişi ilə daha da möhkəmlənib.

“Bu sənəd kifayət qədər qiymətləndirilmir. Mən belə hesab edirəm, çünki bu, Ermənistan və Azərbaycan arasında hər iki ölkə tərəfindən ratifikasiya olunmuş və hüquqi qüvvəyə malik ilk ikitərəfli beynəlxalq sənəddir”, – deyə Paşinyan əlavə edib.

Seçilən
55
1
banker.az

3Mənbələr