AZ

Həkim və rezidentlərin maaşı artacaqmı? – Deputatdan açıqlama

"Rezidentura haqqında yeni Əsasnamə hazırlanır, dəyişikliklər olacaq. Hazırda yan ixtisaslar rezidenturada yoxdur".

E-saglam.az  xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.

"Türkiyədə, dünyada mövcud olan qanunlara əsasən, kimsə onkoloq olmaq istəyirsə, cərrahiyyə üzrə rezidenturaya gedir, bitirəndən sonra yan ixtisas kimi bir-üç il ərzində təhsilini davam etdirir, Azərbaycanda da belə ola bilər:

Döş qəfəsi üzrə onkoloq-radioloq, beyin üzrə onkoloq kimi ixtisaslar olacaq. Səhiyyə Nazirliyində artıq bu istiqamətdə iş gedir. Maaşlarla bağlı məsələ də yeni əsasnamədə öz əksini tapacaq. Həkimlərin maaşları qalxdıqca, rezidentlərin də maaşları qalxsın. Bu, vacib və gündəmdə olan məsələdir".

©Medicina.az

E-saglam.az

Seçilən
34
2
e-saglam.az

3Mənbələr