AZ

Şuşada 6 yaşayış binasının tikintisinə 14.1 milyon xərclənəcək

Şuşa şəhəri, D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikinti işlərinə 14 176 846 AZN sərf ediləcək.

 

Pravda.az-ın xəbərinə görə, tikinti işlərini “Crystal İnşaat” ASC həyata keçirəcək.

 

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi və ASC arasında müqavilə bağlanıb. Artıq işlərin icrasına başlanılıb.

 

Cabir

Tarix: 16 Sentyabr 2025, 08:16   
Seçilən
27
pravda.az

1Mənbələr