AZ

ATMU-da Bilik Günü

Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2025/2026-cı tədris ilinin başlanması və 15 sentyabr Bilik Günü münasibətilə şənlik keçirilib.

Universitetin rektoru İlham Mədətov Bilik Günü münasibətilə tələbələri təbrik edib, ATMU-nun ölkənin ali məktəbləri arasında bir sıra nailiyyətlərə imza atdığını, turizm ixtisası üzrə kadr hazırlığını həyata keçirən ilk ixtisaslaşmış dövlət ali təhsil müəssisəsi olduğunu, turizm ixtisası üzrə beynəlxalq ikili diplom proqramının mövcudluğunu, tədrisin ixtisaslı və praktik biliklərə sahib mütəxəssislər tərəfindən aparıldığını, tələbələrə xarici ölkələrdə istehsalat təcrübəsi keçmək imkanının yaradıldığını diqqətə çatdırıb.

İ.Mədətov tələbələrə ATMU-da yaradılan təhsil-təcrübə imkanlarından lazımınca faydalanmağı tövsiyə edib. Tələbə adını qazanan gənclərə təhsil uğurları arzulayıb.

Universitetin sosial menecment fakültəsinin sosial iş ixtisasına ən yüksək balla qəbul olan Aysel Seyfullayeva sevincini tələbələrlə bölüşüb.

Sonda bu il tədris ilində ATMU-ya

yüksək balla qəbul olunan ixtisas birincilərinə təltifnamələr və hədiyyələr təqdim edilib.

Z.HÜSEYNOVA
XQ

Seçilən
40
4
xalqqazeti.az

10Mənbələr