1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında güləş üzrə medal qazanan millimizin üzvünü təbrik edib.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib:
"Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında güləş üzrə millimiz uğurlarını davam etdirir.
Milli komandanın təcrübəli üzvü, sərbəst güləşçimiz Osman Nurmaqomedov (92 kq) bürünc medal qazanıb. Karyerasında 4-cü dəfə dünya çempionatında fəxri kürsüyə qalxan güləşçimizi, məşqçilərimizi və idmançımızın ailə üzvlərini təbrik edirik. İnanırıq ki, Osman gələcək yarışlarda daha yüksək əyarlı medallarla bizi qürurlandıracaq".
Xorvatiyanın Zaqreb şəhərində keçirilən #DünyaÇempionatı-nda #güləş üzrə millimiz uğurlarını davam etdirir.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 16, 2025
Milli komandanın təcrübəli üzvü, sərbəst güləşçimiz Osman Nurmaqomedov (92 kq) bürünc medal qazanıb.
Karyerasında 4-cü dəfə dünya çempionatında fəxri kürsüyə qalxan… pic.twitter.com/QHx03SWQll