AZ

Bakı metrosu tədris ilinin ilk günündə 900 minə yaxın sərnişin daşıyıb

“Bakı Metropliteni” QSC yeni tədris ilinin ilk günündə 891 856 sərnişin daşıyaraq metro tarixində ikinci ən böyük nəticəyə imza atıb.

Veteninfo.az  bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata əsasən, intervalın bir qədər də azaldılması ilə pik saatlarda xətlərdə 34 cüt qatarın hərəkətdə olması sərnişinlərin daha çevik hərəkətinə ciddi təsir göstərib.

Pik saatlarda (gün ərzində ümumilikdə 5 saat) daşınan sərnişinlərin sayı gün ərzində metrodan istifadə edənlərin 43,06 %-ini təşkil edib.

Bunun 77 392-si “28 May”, 73 112-si “Koroğlu”, 71 415-si “Elmlər Akademiyası”, 70 843-ü “Gənclik”, 67 660-i “20 Yanvar”, 62 221-i isə “Nəriman Nərimanov” stansiyasının payına düşüb.

Seçilən
68
1
veteninfo.az

10Mənbələr