AZ

Teyyub Hüseynov RETRO şirkətinin adını nə üçün tez-tez hallandırır ?


Bir neçə  il əvvəl o qədər də populyar  olmayan,  həftəlik “Yeni qəzet”in baş redaktoru olaraq  monopoliya problemi ilə bağlı  Gürcüstan hökumətinə elektron müraciət etmişdim.

Müraciətin konkret səbəbi nə idi ?

Deməli, bir neçə şəxs  Gürcüstandan Azərbaycana ucuz  qiymətə  gətirilən iri və xırda buynuzlu heyvanların idxalını öz inhisarına ( monopoliya ) almışdı. Hansı sahibkar Gürcüstandan mal-qara gətirmək istəsə, hər qoyuna  görə 50 dollar, hər  iri buynyzlu heyvana görə monopolistə 100 dollar verməlidir. Əks halda sahibkarın gətirdiyi heyvanlar gömrük postundan buraxılmır və heyvanlar günlərlə ac-susuz  qalıb tələf olurdu.

Nəticədə Azərbaycanda ətin qiyməti  dəfələrlə baha qiymətə satılırdı və kasıb təbəqə üçün əlçatmaz olurdu, cəmiyyətdə narazılıq  yaranırdı.  

Biz bir media qurumu olaraq bu araşdırma yazısını rus dilinə tərcümə edərək Gürcüstan hökümətinə elektron müraciət etdik.

Heç gözləmədiyimiz halda bir həftə sonra  Gürcüstan Maliyyə polisinin rəisi cənab Biranidze redaksiyamıza elektron qaydada rəsmi cavab verdi.

Biranidze cavab məktubunda qeyd edirdi ki, müraciətinizlə bağlı Gürcüstan Maliyyə polisi əməliyyat keçirib və yazdıqlarınız  öz təsdiqini tapıb. Nəticədə yazıda adları qeyd olunan şəxslər tərəfimizdən saxlanılıb.

Bunu nə üçün xatırladım ?

Deməli, xeyli müddətdir ki, NUH.az saytı olaraq Rusiyada fəaliyyət göstərən  “Dana monopolistləri” ilə bağlı araşdırma yazıları dərc edirik, tədbir görülməsi üçün müvafiq dövlət qurumlarımıza  müraciət edirik. Amma ortada konkret nəticə yoxdur, hələ üstəlik bizə hədə-qorxu da gəlirlər ki, bilirsiniz O-nun dalında kim(lər)  durur ?

Xatırlatmaq istəyirəm ki, cənab Prezident dəfələrlə inhisarçılığı  iqtisadiyyatın QARA YARASI adlandırıb və süni qiymət artıranların ünvanına  NATƏMİZ, İŞBAZLAR  deyib. Amma müvafiq dövlət qurumları konkret tədbir görmür.

Məlumdur ki, bazar iqtisadiyyatında  QİYMƏTİ  TƏLƏB və TƏKLİF  müəyyən edir.

İnhisarçılar isə bazarı TƏK ƏLDƏ cəmləşdirib qiyməti diqtə edir, qiymətləri dəfələrlə  süni şəkildə şişirdirlər.

Belə inhisarçılardan biri də  özünü diaspora rəhbəri kimi təqdim edən, əslində dana-mal-qara  monopolisti olan Rusiya vətəndaşı, Belqorod şəhərinin sakini Teyyub Hüseynovdur.

Teyyub Hüseynovla bağlı Rusiya mediasında və qardaş Türkiyə mətbuatında yazılan rüsvayçı yazıları bir kənara qoyub konkret mövzuya-  Teyyub Hüseynovun şəbəkəsinin RÜŞVƏT MEXANİZMİNƏ nəzər salaq.

Bu monoploist şəbəkə hər ay 200-dən artıq yük maşını ilə ölkəyə mal-qara gətirir. Teyyub Hüseynov deyir ki, gətirilən məhsullar  ancaq  RETRO şirkətinə verilir.

Yeri gəlmişkən, Teyyub Hüseynov onun  icazəsi ilə Rusiyadan Azərbaycana iri buynuzlu mal-qara,  dana  gətirən sahibkarlara deyir ki, mallar ancaq  Azərbaycandakı  RETRO şirkətinin adına göndərilə bilər, başqa heç bir şirkətə olmaz. Guya Teyyub Hüseynovla   RETRO şirkəti  arasında  müqavilə  var. Teyyub Hüseynovun tez-tez RETRO şirkətinin adını hallandırması da səbəbsiz deyil. Görəsən RETRO şirkətinin rəhbərliyinin  Teyyubun əməllərindən xəbəri varmı?

Bəli, RETRO  şirkətinin  hüquqşünası redaksiyamıza bir neçə  dəfə zəng edərək Teyyub Hüseynov  barədə fikirlərini  bildirdi. ( Bu barədə növbəti  yazıda ).

Yeri gəlmişkən, Teyyub Hüseynovun biznes şəriki  “Laçınlı Dadaş” Şükürovla aralarında ciddi  konflikt  yaranıb.

Sözün qısası, Bakıda, ümumiyyətlə, Azərbaycanda ət bahalaşan kimi yada  Teyyub Hüseynov düşür.

Teyyub Hüseynovun dana biznesi ilə bağlı araşdırmamız  davam edir.

Bizi izləyin.


Seçilən
51
nuh.az

1Mənbələr