Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“2026-cı ilin yanvarın 1-də fiziki şəxslərin gəlir vergisi üçün müəyyənləşmiş güzəşt müddəti başa çatır. Bu, kifayət qədər fundamental dəstək idi”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Millət vəkili qeyd edib ki, qərar xüsusilə özəl sektorun inkişafına və o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaratdı: “Bu, özünü əmək müqavilələrinin sayında göstərdi. Təklif edərdim ki, növbəti dövrdə fiziki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər nəzərə alınsın ki, bu yenidən kölgə iqtisadiyyatına qayıdışı stimullaşdırmasın.
Güzəşt müddəti başa çatırsa, yeni vergi dərəcələri müəyyənləşdirilirsə, o zaman daha aşağı vergi dərəcələrinin tətbiq edilməsi və mərhələli şəkildə artırılması həyata keçirilsin. Aşağı vergi dərəcəsinin müəyyənləşdirilməsi özəl sektor üçün əlavə yük yaratmaya bilər.
Yaxşı olardı ki, güzəşt müddətinin uzadılmasına baxılsın. Güzəştləri saxlamaq mümkün olmadığı halda daha aşağı vergi dərəcələrinin tətbiqi məqsədəuyğun olardı. Bu, özəl sektroun dəstəklənməsi və bu sahədə gizli iqtisadiyyatın ağardılması baxımından çox vacibdir”.
Nuranə Daxilqızı
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.