Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyədə "NSosyal"dan sonra daha bir sosial media platforması "Küre" istifadəyə veriləcək.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar festivalın açılışında elan edib.
Bayraktar bildirib ki, "Küre" rəqəmsal ensiklopediya olacaq:
"Bu, 1.5 il ərzində son dərəcə dəqiqliklə aparılmış işin nəticəsidir. "Küre" süni intellekt dəstəyi ilə işləyəcək, açıq mənbəli və etibarlı məlumatın mənbəyi olacaq. Sizi "NSosyal" və "Küre" platformalarına dəvət edirəm," - deyə o qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.