AZ

Hindistanın şimalında daşqın və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər ölüb

Hindistanın şimalındakı Uttarakxand ştatındakı dağlıq Dexradun rayonunda son iki gündə güclü musson yağışları və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.

“İki sahil” xəbər verir ki, “The New Indian Express” nəşrinin yazdığına görə, təbii fəlakət Dexradunda nəqliyyat infrastrukturuna ciddi ziyan vurub, evlər və hotellər dağılıb. Güclü sel sularının Rispana və Bindal çayları üzərindəki körpüləri dağıtması fırtınadan zərər çəkənlərə yardım işlərinə mane olur. Bölgədə məktəblər bağlanıb, dövlət idarələrinin fəaliyyəti dayandırılıb.

Xilasetmə əməliyyatları aparmaq və sakinlərə təcili yardım göstərmək üçün Dexradun bölgəsinə təbii fəlakətdən xilasetmə qüvvələri yerləşdirilib.

Seçilən
45
2
ikisahil.az

3Mənbələr