AZ

FED faiz qərarını açıqladı

ABŞ Mərkəzi Bankının (FED) fazi qərarını açıqlayıb.

Marja.az xəbər verir ki, gözlənildiyi kimi FED faizlərini 0,25 faiz bəndi azaladaraq 4–4,25 faiz aralığına endirib. İqtisadçıların əksəriyyəti də FED-in faizlərini 0,25 faiz bəndi azaldaraq 4–4,25 faiz müəyyən edəcəyini gözləyirdilər.

Əgər FED faizlərini 0,50 faiz bəndi azaldardısa, bu qərar bazarlar üçün sürpriz olacaqdı. 

Fed rəsmiləri Prezident Donald Trampın aqressiv siyasətlərinin iqtisadiyyata təsirlərini izləmək məqsədilə dekabr ayından bəri faiz dərəcələrinə toxunmamışdı. Bank iyul iclasında da faizləri dəyişməz saxlamış, lakin FED rəhbərliyinin üzvləri Mişel Bouman və Kristofer Valler bu qərara qarşı çıxmışdılar.

Trampın FED-in İdarə Heyətinə təyin etdiyi Stefan Miran isə sentyabr səsverməsində 0,50 faiz bəndi həcmində daha kəskin endirimin tərəfdarı olub.

Faizlərin azaldılmasında məqsəd zəifləyən əmək bazarını dəstəkləməkdir. 

Saat 22:30-da mətbuat qarşısına çıxacaq Fed sədri Cerom Pauellin gələcək aylarda faiz dərəcələrinin trayektoriyası ilə bağlı verəcəyi mesajlar diqqətlə izlənəcək.

Seçilən
7
13
marja.az

10Mənbələr