AZ

UEFA Çempionlar Liqası: PSJ-dən asan, "Liverpul"dan isə çətin qalibiyyət

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
Oxu.Az xəbər verir ki, ikinci oyun günündə "Liverpul" "Atletiko Madrid"lə, PSJ isə "Atalanta" ilə üz-üzə gəlib.
"Liverpul" - "Atletiko Madrid" matçı gərgin mübarizə şəraitində keçib. Görüşə sürətli hücumlarla başlayan ev sahibləri artıq altı dəqiqəyə iki qol vura biliblər. Endrü Robertson və Məhəmməd Salah rəqib qapıçısını məyus edən futbolçular olublar.
Lakin Madrid təmsilçisi təslim olmaq istəmirdi. Markos Lyorente dubla imza ataraq hesaba tarazlıq gətirib. Son dəqiqələrdə Vircil van Deyk səhnəyə çıxaraq komandasına çətin qələbə qazandırıb. Matç 3:2 hesab ilə yekunlaşıb.
PSJ doğma meydanda "Atalanta"ya heç bir şans verməyib. Parislilər 4:0 hesabı ilə inamlı qələbə qazanıblar. Rəqib qapısından topu keçirən oyunçular isə Markinyos, Xviça Kvaratsxeliya, Nunu Mendeş və Qonsalu Ramuş olublar.
Seçilən
58
43
oxu.az

10Mənbələr