AZ

“Mourinyo Qarabağ ın qalib gələcəyini öncədən görüb” Ali Koç

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

İstanbulun "Fənərbaxça" klubunun prezidenti Ali Koç “Qarabağ” klubunu UEFA Çempionlar Liqasında “Benfika” üzərindəki qələbəyə (3:2) görə təbrik edib.

QOL.az xəbər verir ki, o, bu haqda “TRT Spor”a müsahibəsində deyib. “Qarabağ”dakı dostumla danışdım, təbrik etdim. Könül bağımız olan klubdur. Onlara salam olsun” - deyə o qeyd edib.

Ali Koç bu məğlubiyyət səbəbindən “Fənərbaxça"nın sabiq baş məşqçisi Joze Mourinyonun “Benfika”ya eyni vəzifəyə gətiriləcəyi barədə xəbərlərə də münasubət bildirib. Bu zaman portuqaliyalı mütəxəssisə atmacalı mesaj ünvanlayıb:

“Mən bu xəbəri səhər saatlarında gördüm. Dəqiq olub-olmadığını bilmirəm. Mourinyonun "Benfika" ilə anlaşması xəbəri doğrudursa, buna həyatın qəribə təsadüfü deyə bilərəm. Başqa nə deyə bilərəm? Bundan nə qədər desən, hekayələr çıxarmaq olar (gülür). Mourinyo o qədər böyük adamdır ki, "Qarabağ"ın "Benfika"ya qalib gələcəyini xeyli öncədən görərək, hesablayıb. Az qala püşkatmadan əvvəl... Belə çıxır ki, özü "Fənərbaxça"dan qovulmasını, buna səbəb gördüyü klub rəhbərliyini tənqid etməsini, "Benfika"ya uduzmasını planlaşdırıb. Müdhiş ssenaridir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
7
qol.az

8Mənbələr