AZ

"İmişli"yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi "İmişli"yə texniki məğlubiyyət (0:3) verib.

"Football-plus.az" xəbər verir ki, qərar qurumun bu gün keçirilən iclasında qəbul olunub. Buna Misli premyer-liqasında 4-cü turun "Sumqayıt"la ev oyununun (1:0) 67-ci dəqiqəsində adı protokolda olmayan İbrahim Əliyevin meydana çıxması səbəb olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 000 manat cərimələnib. Bundan başqa, "İmişli" 5 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimə ödəyəcək. Qarşılaşmanın 90+4-cü dəqiqəsində isə Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 3000 manat ziyana salıb. "Sumqayıt" isə azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat cərimə ödəyəcək.

4-cü turun "Şamaxı" – "Karvan-Yevlax" görüşündə meydan sahiblərinin heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.

"Neftçi" – "Sabah" matçının 45+2-ci dəqiqəsində flaqmanın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə "Neftçi" 3000 manat cərimə edilib. Həmçinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "ağ-qaralar" 5000 manat ziyana düşüb.

Seçilən
68
6
football-plus.az

10Mənbələr