Rusiyanı üç il əvvəl tərk edən Xalq artisti Alla Puqaçova 5 il müddətinə həbs oluna bilər.
KONKRET.az xəbər verir ki, buna səbəb sənətçinin sonuncu müsahibəsində Cövhər Dudayev haqqında dediyi fikirlər olub.
Sənətçinin Dudayev barəsində dedikləri terrorizmə bəraət qazandırmaq kimi qiymətləndirilə bilər.
Puqaçovanın Dudayevi “ləyaqətli insan” kimi təqdim etməsi, eləcə də onun şəxsiyyəti haqqında işlədilən müsbət fikirlər cinayət işinin başladılmasına əsas yaradıb.
Faktla bağlı araşdırma aparılır.